Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədovanın Ceyranbatan qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib

16 iyun 2017 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Çeyranbatan qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Vətəndaşlarla görüşən başçı İradə Gülməmmədova qəsəbə sakinləri ilə keçən il avqustun 23-də görüşdüyünü və bu zaman əhali tərəfindən qaldırılan məsələlərin ötən müddət ərzində həll olunduğunu bildirib. Bundan sonra da rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə mütəmadi olaraq səyyar qəbulların keçiriləcəyini vurğulayan başçı təşkil edilən görüşlərin məqsədinin yerlərdə meydana çıxan problemlərin öyrənilməsi və onların həlli istiqamətində addımlar atmaq olduğunu söyləyib.

Sonra Abşeron RİH başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eyvaz Rzayev hesabat xarakterli çıxış edərək son bir ildə gördükləri işlər, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat verib. E.Rzayev qeyd edib ki, Ceyranbatan qəsəbəsinin köhnə hissəsi ilə yeni yaşayış massivinə gedən yolun avtomobillərin intensiv hərəkət etdikləri Bakı-Sumqayıt magistral yolundan keçməsi, ərazidə çoxsaylı bədbəxt hadisələrin baş verməsi qəsəbə sakinlərini, eləcə də rayon rəhbərliyini çox narahat edib. Yaranmış problemi aradan qaldırmq üçün aidiyyatı qurumlara olunan müraciətlər nəticəsində dövlət tərəfindən Ceyranbatan qəsəbəsində Bakı-Sumqayıt yolunun üstündə müasir tələblərə cavab verən piyada keçidi quraşdırılıb. Qəsəbənin mərkəzində torpaqlarımızın azadlığı uğrunda mərdliklə vuruşub müqəddəs şəhidlik zirvəsinə ucalan igid oğlanlarımızın şərəfinə yenidən qurulan abidə kompleksi və park, burada sakinlərin istirahəti üçün yaradılan rahat şərait RİH başçısı İradə Gülməmmədovanın şəhidlərin ruhuna olan yüksək ehtiramının və qəsəbə sakinlərinə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. O, həmçinin qeyd edib ki, qəsəbədə yerləşən 16 ədəd 5 mərtəbəli binadan ilkin olaraq 7-sində əsaslı təmir işləri yekunlaşıb, hazırda isə 5 binada təmir işlərinə başlanılıb.

Daha sonra sakinlər keçən görüşdən sonra qəsəbədə böyük abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildiriblər. Bununla yanaşı qəsəbədə yeni salınan məhəllələrə nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsində, qəsəbədaxili yolların abadlaşdırılmasında, qəsəbədəki ambulatoriyanın təmirinə köməklik göstərilməsini xahiş ediblər. Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

Keçidlər