Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd olundu

01 iyun 2017 | 16:00

Abşeron rayonunun Mədəniyyət Evində ictimaiyyətin nümayəndələrinin geniş iştirakı ilə 1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü təntənəli surətdə qeyd olunub.
Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri Abşeron rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrindən olan istedadların əl işləri ilə tanış olublar.

Uşaqlar qarşısında çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, hər il iyun ayının 1-də dünyanın ən pak, ən məsum varlıqları olan uşaqların hüquqlarının qorunması ilə bağlı rəngarəng tədbirlər keçirilir. “Uşaq hüquqları haqqında Konvensiya”ya, eləcə də uşaqların taleyi ilə bağlı digər beynəlxalq sənədlərə qoşulmuş müstəqil Azərbaycan dövləti də uşaqların hüquqlarının qorunması, onların öz bayramlarını sevinc və fərəh içində keçirmələri üçün hər cür şərait yaratmışdır.

İ.Gülməmmədova vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uşaqlara xüsusi qayğı və diqqətlə yanaşmışdır. Ümummili liderin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda Ailə, Qadın və Uşaq Komitəsinin yaradılması da məhz dahi siyasətçinin uşaqlara olan sonsuz qayğısından irəli gəlirdi.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə uşaqların hərtərəfli inkişafı, müasir bilik və vərdişlərə yiyələnmələri üçün hər cür şərait yaradır. Son illər Azərbaycanın hər bir guşəsində uşaqlar üçün gözəl uşaq bağşaları, məktəblər tikilərək istifadəyə verilir.

Rayon rəhbəri qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi böyük qayğı və diqqət bu gün nəinki təkcə Azərbaycanda, hətta ölkəmizdən kənarda bu barədə məlumatı olan insanları heyrət və riqqətə gətirir. İradə Gülməmmədova Abşeron rayonunda son illər uşaqların hüquqlarının qorunnması , onların sağlam böyümələri və mükəmməl təhsil almaları üçün yaradılan şəraitdən də həvəslə danışaraq, uşaqları bayram münasibəti ilə təbrik edib.

Tədbirdə incəsənət ustaları ilə yanaşı, istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirilib.

Sonda uşaqlara Rayon İcra Hakimiyyəti başçısının adından hədiyyələr təqdim olunub.

Keçidlər