Şriftin ölçüsü :

Saytın rəngi :

Məqsəd Əliyev 55 illik yubileyi münasibəti ilə təltif olundu

15 may 2017 | 16:00

Bu gün Əliyev Məqsəd Mədətoğlunun anadan olmasının 55 illik yubileyi münasibəti ilə Abşeron rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova yubilyarı otağında qəbul etdi.

Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova, Məqsəd Əliyevi anadan olmasının 55 illik yubileyi münasibəti ilə təbrik etdi, ona gələcək işlərində və şəxsi həyatında uğurlar arzuladı. Onun həmişə Azərbaycan dövlətinə, dövlətçiliyə sadiq olduğunu, vurğuladı. Tutduğu vəzifəsinin öhdəsindən layiqincə gəldiyini qeyd edərək gənc aqranomlara örnək olduğunu və gənclərin bundan nümunə götürmələrinin vacibliyini vurğuladı. Məqsəd Əliyev Zirə savxozunun bazasında yaradılan Zirə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisəsinin formalaşmasında, kənd təsərrüfatı sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə və anadan olmasının 55 illik yubileyi münasibəti ilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif edildi

Sonra Abşeron RİH-in əməkdaşlarından Rəşad Qubatov, Sərviz Süleymanov, Qara Qurbanov , Əbülfəz Əsədov çıxış edərək yubliyarı təbrik etdilər. Onun həmişə tutduğu vəzifəsinin öhdəsindən layiqincə gəldiyini, rayonun ictimai-siyasi həyatında daim fəal iştirak etdiyini bildirdilər və gələcək fəaliyyətində uğurlar arzuladılar.

Sonda M.Əliyev Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya və əməyinə qiymət verən hər kəsə təşəkkür etdi

Keçidlər