Şriftin ölçüsü :

Saytın rəngi :

Qobu qəsəbəsinin aprel şəhidi olan Əli İntiqam oğlu Heydərovun şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü keçirildi

08 may 2017 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qobu qəsəbəsinin aprel şəhidi olan Əli İntiqam oğlu Heydərovun şəhidlik zirvəsinə yüksəlməsinin ildönümü keçirildi. Rayon ictimayyətinin nümayəndələri aprel şəhidinin ildönümü mərasimlərinə qatıldıar.

Bu məqsədlə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova, hüquq mühafizə orqanları, təşkilat rəhbərləri, təhsil işçiləri, KİV- in nümayəndələri Şəhidlər kompleksində oldular, şəhilər müzeyini ziyarət ediblər.

Şəhidlər muzeyi ilə tanışlıqdan sonra rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova çıxış edərək bildirdi ki, ölkəmizdə dövlət başçısının tapşırığı ilə keçirilən belə tədbirlərin tarixi əhəmiyyət daşıdığını, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadığını bildirdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə, Qarabağ döyüşlərində əlil olmuş şəxslərə yüksək qayğı göstərilir, onların sosial-məişət problemlərinin həllinə nail olmaq üçün kompleks tədbirlər həyata keçirilir. Hər il onlarla çoxmənzilli binalar, fərdi yaşayış evləri tikilib onların istifadəsinə verilir. Daha sonar natiq bildirdi ki, hər bir kəs Azərbaycanın Milli Qəhrəmanlarını tanımalı, onları təbliğ etməlidir. Azərbaycanın Milli Qəhrəmanları, o cümlədən Əli Heydərovu, ümumiyyətlə, torpaq uğrunda şəhid olmuş insanlar heç vaxt unudulmamalıdır. Onların doğum və torpaq, vətən uğrunda Şəhid olduqları tarix qeyd edilməli, onlar haqqında mətbuatda yazılar verilməli, kitablar dərc olunmalıdır. Şəhidlərimizin ruhuna dualar oxundu, sonra Şəhidin ehasan mərasimi keçirildi.

Allah bütün aprel şəhidlərinə rəhmət eləsin!

Keçidlər