Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edildi

07 mart 2017 | 16:00

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində bayram şənliyi keçirilib. Bayrama dəvət edilmiş bütün qadınlara, H.Əliyev adına Mərkəzə daxil olarkən qiymətli hədiyyələr təqdim edilib.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova , Icra Hakimiyyətinin digər rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonumuzun müxtəlif sahələrində çalışan qadınları iştirak edirdilər.

Xanım İradə Gülməmmədova " 8 Mart - Beynəlxalq Qadınlar Günü " münasibəti ilə tədbir iştirakçılarını və onların simasında rayonun bütün qadınlarını təbrik edərək xoş arzularını çatdırdı.

O bildirdi ki, son illər ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın timsalında Azərbaycan qadını tam azad, ictimai-siyasi fəaliyyətdə aktiv rol oynadığını bütün dünyaya aydın şəkildə nümayiş etdirir.

Azərbaycan qadınlarının tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olduğunu, cəmiyyət həyatına mütəmadi nüfuz etdiyini, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxladığını vurğulayan başçı əlavə edib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilib. Bunun nəticəsində də qadınların dövlət quruculuğu işlərinə cəlb olunma sayı artıb. Ümummilli Liderin bu siyasəti, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
İcra başçısı vurğulayıb ki, respublikamızın hər yerində olduğu kimi, Abşeronda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək rayonumuzda uğurla həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.

Sonra xanım İradə Gülməmmədova bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərmanlar təqdim etdi.

Daha sonra tədbirin bədii hissəsi olaraq tanınmış incəsənət ustaları öz mahnılarınını səsləndirdilər.

Mərasimdə bayram tortu kəsildi və qadınlar üçün ziyafət verildi.

Keçidlər