Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalana şəhər statusu verilməsinin 10 illiyi ilə bağlı yubiley tədbiri keçirilib

29 noyabr 2016 | 16:00

Tədbirdən öncə Abşeron rayonu ərazisində istehsal olunan tikinti materalları və qida sənayesi məhsullarını özündə cəmləşdirən 20-dən çox şirkətin məhsullarının sərgisi keçirilib. Eyni zamanda Abşeron rayonunda istehsal olunan dərman preparatları da sərgidə yer alıb.

Tədbirdə çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova son 10 il ərzində Xırdalan şəhərində görülmüş işlərlə bağlı geniş məlumlat verib: '10 il bundan öncə prezident İlham Əliyev Xırdalan şəhərində gedən abadlıq və quruculuq işlərini yüksək qiymətləndirərək, Xırdalana şəhər statusunun verilməsi haqqında sərəncam imzaladı. Qədim tarixə malik Xırdalan artıq XXI əsrin şəhəri adını daşımağa layiq olduğunu sübut etdi. Yeni, müasir Azərbaycan şəhəri olan Xırdalanın inkişafında əməyi olan bütün insanları alqışlayır, sakinlərə bu gözəl şəhərimizdə xoş güzəran, mənalı həyat, möhkəm can sağlığı arzulayıram. Tarixi təxminən XIV əsrdən başlanan və İpək yolunun üzərində yerləşən Xırdalanda böyük karvansaraylar tikilmişdi. Burada dünyanın bir çox ölkələrindən gələn tacirlər gecələmişdi. Xırdalanın bünövrəsini qoyan nəsillər, Hacıqoculular, Ağbabalılar, Fərəməzlilər, Səfqanlılar, Qırçılar olmuşlar. Bu nəsillərin Xırdalanın böyüyüb genişlənməsində böyük rolu olmuşdu. XIX əsrdə Şamaxıda baş vermiş zəlzələdən sonra buraya gələn əhali Şirvanşərah məhəlləsini salıb və həmin məhəllə indi də öz əzəli adını saxlayır.

Burada həmçinin XX əsrin əvvəllərində neft mədənlərində işləmək üçün İrandan Bakıya gələn və Xırdalanda ailə qurmuş Güney azərbaycanlılar, habelə Xızıdan köçüb gəlmiş xeyli ailə yaşayır. Vaxtilə Xırdalanda neft quyuları olub. Əllə qazılan quyuların dərinliyi 100 metrə çatırmış. 1913-cü ilin statistik hesabatına görə Xırdalan kəndinin yaxınlığındakı 50-ə yaxın quyudan sutkada 65 ton neft çıxıb ki, bu da ın yüksək nəticə sayılır. Xırdalanda böyük üləmalar, din xadimlər, ruhaniəlr, elm-sənət alimləri yetişib. Axund Hacı Molla Qafur  Molla Ələsgər oğlu, Seyid Hüseyn Badukeyi, AMEA-nın ilk prezidenti, akademik Mirəsədulla Mirqasımov, professor Rza Mehdizadə, xalq şairi Nəbi Xəzri, xalq artisti Ağahüseyn Cavadov və onlarla ictimai-siyasi xadim Xırdalan torpağında yetişib'.

İcra başçısının çıxışından sonra Xırdalan şəhərinin 10 illiyi ilə bağlı film təqdim olunub.

Bundan sonra rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə 35 nəfər Fəxri Fərmanla mükafatlandırılıb.

Daha sonra yubiley tədbiri respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsefrt proqramı ilə davam etdirilib.

Keçidlər