Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda Ət Kəsimi və Emalı Müəssəsinin açılışı olub

23 may 2016 | 16:00

Abşeron rayonunda “Səhliyalı” şirkətinin yeni ət kəsimi və emalı müəssəsinin açılışı olub. Açılış mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, yerli icra strukturlarının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şirkətin drektoru İlham Bəşirov, müəssisənin kollektivi və KİV nümayəndələri iştirak ediblər.

Müəssə kollektivi qarşısında çıxış edən İ.Gülməmmədova ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışaraq bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən respublikanın bütün ərazisində olduğu kimi, Abşeron rayonunda da sahibkarlığın inkişafı üçün hər bir şərait yaradılır. Cari il ərzində rayon ərazisində 1000-ə yaxın yeni iş yerlərinin açıldığını, bir neçə müəssənin fəaliyyətə başladığını qeyd edən başçı vurğulayıb ki, “Səhiyalı” şirkətinin artıq sayca 4-cü müəssəsinin işə başlaması bunun baris nümunəsidir. 150 yaxın işçinin çalışacağı bu müəssəsinin fəaliyyətinin həm Abşeron, həm də ümumilikdə ölkə üçün böyük əhəmiyyətinin olduğunu qeyd edən başçı əhalinin qida təhlükəsizliyində və ət məhsulları ilə təminatında başlıca rol tutacağına inamını ifadə edib.
Abşeronda aparılan quruculuq-abadlıq işlərindən də danışan İ.Gülməmmədova yolların abadlaşdırıldığını, küçələrə asvalt örtüyünün döşəndiyini qeyd edərək bu tədbirlərin sahibkarlığın inkişafına təkan verdiyini bildirib.
Müəssənin kollektivini təbrik edən İ.Gülməmmədova rəmzi açılış lentini kəsib.
Bundan sonra müəssisə ilə tanışılıq gəzintisi olub.

“Səhiyalı” şirkətinin rəhbəri İlham Bəşirov bildirib ki, müəssədə çalışanların əksəriyyəti yerli sakinlərdir. Onun sözlərinə görə, şirkət ət kəsimi, emalı və bu sahədə olan xidmətləri göstərəcək.
Qeyd edilib ki, ümumi sahəsi 4500 kvadratmetr olan müəssədə gün ərzində 100 baş iribuynuzlu və 300 baş xırda buynuzlu heyvan kəsimi reallaşdırmaq mümkündür. Kəsimdən əvvəl və sonra ətlər loboratoriya müayinəsindən keçiriləcək və yalnız bundan sonra qablaşdırmaya ötürüləcək. Heyvanlar islam qaydalarına uyğun şəkildə kəsiləcək.
Ət kəsimi və emalı sexində ət məhsullarının saxlanması üçün -40 dərəcəyədək donduran soyuducu kameraları da quraşdırılıb. Onun sayəsində hazır məhsulları 4-5 saat civarında tam olaraq dondurmaq mümkün olacaq. Burada istehsal olunan məhsullar nəinki Abşerona, eləcə də ölkənin bütün bazarlarına tədarük olunacaq.
Bildirilib ki, müəssədə Almaniya və Türkiyə istehsalı olan, müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Bu texnologiya ilə ət və ət məhsullarının istehsalı tam gigiyenik şəraitdə həyata keçiriləcək.
Sonda İ.Gülməmmədova yaradılmış şəraitdən razılığını bildirərək, tapşırıq və tövsiyələrini verib, müəssənin işçiləri ilə xatirə şəkili çəkdirib.

Keçidlər